Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Brest vilayətində keçirilən danışıqlar başa çatıb.
Bu barədə KONKRET.az xarici mətbuata istinadən xəbər verir.
Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibi dəyişməyib: ona Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir, heyətə xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin, Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov və Dumanın Beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Leonid Slutski daxildir.
Ukrayna tərəfdən danışıqlarda Prezident Vladimir Zelenskinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak, Ali Radada hakim “Xalqın xidmətçisi” Partiyası fraksiyasının rəhbəri David Araxamiya, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və digər ukraynalı siyasətçilər iştirak edir.
***
17:54
Ukrayna-Rusiya nümayəndə heyətlərinin görüşü başlayıb.
***
15:44
Ukrayna və Rusiya nümayəndə heyətləri arasında bu gün keçiriləcək danışıqların vaxtı müəyyənləşib.
KONKRET.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.
“Rusiya Federasiyası ilə danışıqlar. Üçüncü tur. Kiyev vaxtı ilə saat 16.00-da başlayır. Nümayəndə heyətinin tərkibi dəyişməyib…”, – o qeyd edib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə 18:00-da başlayacaq.
***
09:07
Bu gün Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu keçiriləcək.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Strana” nəşri məlumat yayıb.
Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia danışıqların Polşa-Belarus sərhədində aparılacağını bildirib.
Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski YouTube-da “Solovyev live” proqramında qarşıdan gələn danışıqlarla bağlı məlumatı təsdiqləyib.
Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Ali Radada hakim olan “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamia Moskvanın şərtləri ilə Kiyevin razılaşa bilməyəcəyini deyib.
“Razılaşmağın demək olar ki, mümkün olmadığı yeganə iki hissə Krım və iki qondarma respublikadır. Rusiya israrla onların müstəqilliyini tanıyır. Bu, Ukraynanın bir hissəsidir. Təbii ki, bu mövqe Ukrayna cəmiyyəti üçün qəbuledilməzdir”, – deyə Araxamiya bildirib.
