Moskva Qərbə xəbərdarlıq edir: “Ukraynaya qarışmayın”.
Putinin nüvə müharibəsi oyunu emosional mühit yaratmaq üçündür? Nüvə münaqişəsi təhlükəsi yoxdur? Moskva sadəcə öz oyununu oynayır?
“Gazeta.pl” bu və ya digər suallarla Krakov Universitetinin Təhlükəsizlik Elmləri Fakültəsinin professoru Rafał Kopeçə müraciət edib.
Müsahibədə səslənən fikirlərin maraq doğuracağını nəzərə alıb ixtisarla təqdim edirik:
Gazeta.pl: -“Üçüncü dünya müharibəsi nüvə və dağıdıcı olacaq”, – Rusiya diplomatiyasının rəhbəri Sergey Lavrov bildirib. Niyə qorxudur?
Rafal Kopeç: – Bu, təbliğat oyunudur. Həyəcan yaradırlar. “Ukraynanın işlərinə qarışmayın”, – Moskvadan gələn mesaj budur. Kremldən gələn təhdidlər həm də Qərbdə emosional reaksiya yaratmaq məqsədi daşıyır. Bu mesajda həm də bilərəkdən məntiqsizlik var.
– Necə?
– Vəziyyət nüvə silahından istifadəyə əsas vermir. Bunlar ən ekstremal hallar, dövlətin və onun sakinlərinin mövcudluğunun təhlükə altında olduğu vəziyyət üçün nəzərdə tutulub. İndi Rusiyanıheç kim təhdid etmir. Kreml Qərbi inandırmağa çalışır ki, Putin nüvə silahından istifadə etmək barədə düşündüyü üçün o, dəlidir. Dəli olduğu üçün hər şeyə qadirdir, ona görə də, Avropa ona təslim olmalıdır.
– Nüvə silahları Qərbdə böyük qorxu yaradır. Nüvə müharibəsinin qorxudulması cəmiyyətdə parçalanmaya və pasifist etirazlara səbəb ola bilərmi?
– Bəli, ola bilər. Kreml nüvə silahı ilə bağlı emosional aspektə müraciət edir. Yeni bir şey baş verir: vəziyyəti rasional qiymətləndirsəniz, təhlükə minimaldır, lakin risklə əlaqəli ictimai emosiyalar çox yüksəkdir. Kremlin mesajı Ukraynaya dəstəyini geri götürməyə inandırdığı Qərb liderlərinin reaksiyasına, eləcə də onun siyasətçilərinə təzyiq göstərə biləcək ictimaiyyətin qorxusuna hesablanıb.
– Kremlin mesajının yayılmasına necə kömək etmək olar?
– Ruslar nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı eyhamlarla sözün əsl mənasında şoka düşürlər. Vladimir Putin bütün qüvvələrin döyüş hazırlığının artırılmasını açıq elan edib. Rusiyada hazırlıq dərəcələrinin necə olduğunu bilmirəm.
Rusiya yalnız güc dilini başa düşdüyü üçün amerikalılar qorxuya yol verməyəcəklərini göstərirlər. Eynilə, açıq şəkildə Fransa da öz nüvə arsenalına malik olduğunu xatırladaraq reaksiya verdi. Güzəşt siyasəti, hətta ritorik də olsa, insanın öz zəifliyinin nümayişi olardı.
– Prezident Baydendən soruşdular ki, Amerika nüvə münaqişəsi təhlükəsi ilə üz-üzədir? O, qısaca “yox” cavabını verdi. Mövzu bağlandı?
– Bu ifadə sakitləşdirici səslənir. Qərbin, yəni NATO-nun özünün nüvə çəkindirici qüvvəsi var. ABŞ prezidenti belə birmənalı cavab verə bilər. Bayden Rusiyanın təhdidlərinə necə düzgün cavab verməli olduğunu göstərir. Rabitə sahəsində ABŞ çox yaxşı işlər görür. Daha əvvəl baş verənlər fonunda bu, hətta təəccüblü görünür.
– Moskva Avropadan tələb edir ki, Amerikanın nüvə silahlarından və əlaqəli infrastrukturdan qurtulsun. Bu, qeyri-mümkün bir şərtdirmi?
– Bunu etmək təslim olmaq deməkdir. Ümumiyyətlə, Avropadakı amerikalıların nüvə silahı azdır, bunlar 160-200 vahid taktiki nüvə silahıdır, yəni məhdud gəlirə malik olanlardır. Arsenal ilk növbədə siyasi və simvolik idi. O, amerikalıların Avropanın təhlükəsizliyinin təmin edilməsində iştirakının sübutu idi. İndiyədək bu barədə ara-sıra qeyd olunurdusa, bu gün Qərbin gücünü nümayiş etdirməyə xidmət edir və Rusiyanın cilovlanmasında mühüm rol oynayır. ABŞ-ın Avropadan nüvə silahlarını çıxarması 10-20 il bundan əvvəl mümkün idi. O zaman mümkün idi ki, onlara ehtiyac aradan qalxmışdı. İndi bu qüvvələrin əhəmiyyəti bir daha böyük olmuşdur.
– Son illər rusların nüvə silahından istifadə etməyə hazır olduqları barədə məlumat vermək vərdişləri varmı?
– Rusiya siyasətçilərinin bu cür birmənalı bəyanatları yeni fenomendir. Lakin keçmişdə rusların müəyyən hallarda çəkindirici qüvvələrə müraciət edə biləcəklərini xatırladan hallar olub. Rusiya bu cür silahlara malik olduğunu, məsələn, İsveçə qarşı simulyasiya edilmiş nüvə zərbəsi tətbiq etməklə və ya nüvə doktrinasına dəyişiklik etməklə nümayiş etdirdi. O, qorxutmaq istəyirdi. Bütün bunlar sübut edir ki, nüvə silahlarının nümayişi Rusiyanın daimi istifadə etdiyi bir vasitədir. Adi silahlar sahəsində Rusiya Sovet İttifaqı ilə müqayisə edilə bilməz, lakin nüvə arsenalı sayəsində hərbi güc olaraq qalır.
– Nüvə müharibəsindən qorxan insanlara nə məsləhət görərdiniz?
– Baydendən sonra təkrar edəcəyəm: NATO ölkələri o cümlədən, Polşa nüvə müharibəsi ilə təhdid edilmir.
“Gazeta.pl”, Polşa. 3 mart 2022.
Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az.
