Rusiyanın Ukraynaya hücumunun gətirəcəyi fəlakətlərə görə bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Rusiyanı hücuma təhrik edən, Ukrayna dövlətinin milli əsaslarını hədəfə alan məhz ABŞ-dır. Öncəki yazılarda bunun səbəblərini də qeyd etmişəm. Bu qeydlər də analiz zad deyil, mənim vətəndaş mövqeyimdir. Əgər ABŞ-ın, Qərb ölkələrinin Azərbaycandakı terrorçu fəaliyyətindən detallı yazsam, dəhşətli məqamlara toxuna bilərəm. Yazmıram! Sadəcə gözünüzü açın.
Biz xalqdan oğurladığı pulları Qərbə daşıdığına görə məmurlarımızı qınayırıq. Bəs demokratik Qərb dediyiniz bu ölkələr bizim oğru məmurların pullarını niyə öz ölkələrinə qəbul edirlər?
Olmazmı ki, bəribaşdan desin ki, ay məmurlar, sizin bura gətirdiyiniz pullar Azərbaycan xalqının pullarıdır. Niyə demir? Sərf eləmir. Çünki sabah Azərbaycanda vəziyyət bir balaca dəyişən kimi, o pullara həbs qoyub özü basıb yeyəcək. Cahangir Hacıyevin arvadı Zamirənin Azərbaycan dövlətindən oğurladığı milyardları İngiltərədən ala bilirsinizmi? Liviya, Suriya, Misir, İraqın pullarını azmı mənimsədi ABŞ? Özü də həyasızlığa bax, ABŞ bəyan edir ki, Liviyadan əldə olunan 200 milyard pulun bir hissəsi ABŞ-ın oradakı hərbi xərclərinə sərf olunur. Nu tak! Demokratiya!
ABŞ Şərq ölkələrinə və bizə nə vəd edir?
Böyük məbləğdə qrantlar… Bizim insanlar da puldan ötrü ölür.
Bəs istədiyi nədir?
Bu qrantların əvəzində “insan hüquqları” adı altında “gey”lərin hüquqlarını konstitusion səviyyədən də artıq həddə tanımaq, eynicinslilərin nikahını qəbul etmək, qanunla buna icazə vermək, insan hüquqları adı altında qadınları əxlaqsızlığa sövq etmək, hər iki cinsi ailədən kənar, sərbəst həyat tərzinə çəkmək… ABŞ bunun üçün qrantları BDU-nun alimlərinə, mediada ziyalı və professor dediyiniz şəxslərə, müxtəlif siyasi partiyaların funksionerlərinə ayırır. Bunların içərisində iri çaplı məmurlar da az deyil. Biləsiniz!
Dəhşətlidir! Azərbaycan ictimai-siyasi sferasının Qərbə olan məhəbbətinin arxasında yalnız qrant-pul amili dayanır. Hesabatsız maliyyə! Artıq proses yeni mərhələyə qədəm qoyub, Qərb ölkələri Azərbaycana milyonlarla qrantlar soxur və bu qrantların çoxu əxlaqszılığın təbliğinə, xalqı eyncinslilərin evlənməsi aktına hazırlamağa, “qadın hüquqları” adı altında feministlərdən ibarət Azərbaycan qadınlarına qarşı “terrorçu” ordu yaratmağa, ərlərin qadın üzərindəki hüquqlarını itirməsinə, qadınların ailədən kənar küçə həyatı sürməsinə və s. sərf olunur.
Bu gün “ziyalı” dediyiniz bir çox adam Qərbdən məhz bu məqsədlə maliyyə alır. Televiziyalar açır, layihələr icra edirlər. Ağıllı-ağıllı oturub insan hüquqlarından danışırlar. Amma biləsiniz, belələrinin əsl fəaliyyət istiqamətləri başqadır. Rusiyanı da məhz buna görə söyürlər.Mən bütün bunları adlarla və faktlarla da yaza bilərəm.
Özünə hörmət edən xalq Qərb “dəyərləri”ndən imtina etməlidir.
Uzun-zadı yazmaq istəmirəm… Qərb 2011-ci ildəTürkiyə seriallarının Azərbaycandakı təbliğinə milyonlarla dollar vəsait xərclədi. Bunun səbəbini kimsə izah edə bilərmi? O serialları burada təbliğ etmək nəyinə lazımdır Qərbin?! Bəlkə, əxlaqsız bir cəmiyyətə soxulmaq daha asandır, ona görə!? Mən deyim, bircə “Aşk-ı-Memnu” serialının Azərbaycan xalqına, dövltinə vurduğu zərbənin miqyası Birinci Qarabağ mühaibəsinin zərərindən daha çoxdur.Məhz bu filmlərdən sonra Azərbaycan qadınının beyninə yeridildi ki, ərli qadın hətta öz qaynını, ərinin qohumlarını sevə bilər. Orta məktəbi 4 sinif oxuyan Azərbaycan qadınlarına təbliğ olundu ki, sənin ərin evdə ayaqqabı ilə gəzməlidir, türk filmlərindəki kimi… Yeməyi də əllə yemək olmaz, “vilka”nı xirtəyə qədər soxmaq lazımdır, yatanda da ayaqqabı ilə yatmalısan. Əgər sən başqasını sevirsənsə, bunu ərinə sərbəst şəkildə deyə bilərsən və gedib başqası ilə, məsələn, ərinin dayısı ilə də evlənə bilərsən.
Nəysə, bütün bunlarla bağlı daha sonra… Amma anlamaq lazımdır: Rusiya Ukraynada məğlub olsa, Qərb Azərbaycan da daxil, bütün Qafqaz ölkələrini qan gölünə döndərəcək. Necə ki bunu İraqda, Əfqanıstanda, Suriyada etdi. Rusiyanın zəifləməsi regionun məhvidir.
Ola bilsin ki, siz azad cəmiyyətdə yaşayacaqsınız, istədiyiniz adama sözünü deyəcəksiniz və buna görə də sizə heç kəs heç nə deməyəcək. Amma sizin şərəfiniz, namusunuz da olmayacaq! Oğlunuzun “gey”, qızınızın 15 yaşında əxlaqsız bir küçə pişiyi kimi tinlərdə narkomana çevrilməsini də zövqlə qəbul edəcəksiniz. Tarixinizə, ədəbiyyatınıza tüpürəcəksiniz. Sən rahat şəkildə yaşayasan deyə, bir xalqın maddi-mənəvi gələcəyini təhlükə altına qoya bilmərsən.
Heç kəs ABŞ-ın demokratiya gətirdiyi bircə ölkənin adını çəkə bilmir. Terrorçuların yuvası, pandemiya terrorunun müəllifi ABŞ-dan sorun da, özünü milli, Türkiyənin aşiqi adlandıran adamlar!
Soruşun görün, ABŞ baş terrorçunu – Fətullah Güləni qardaşımız dediyiniz Türkiyəyə niyə təhvil vermir?
Samir Feyruzov


Bu şəxs kimdir ki onun düşümcələrini millətə oxutdurursuz? Xalq gördüyünü görür, bildiyin bilir. Qafqazı kimin qan gölünə çevirdiyini yaxşı bilirik. Baxın ölkəmizə rus əsgəri torpağımızda, gürcüstanın bir qismi işqalda. Putkinin və rusyanın başı əzilmədikçə dünyaya sülh gəlməyəck.
Raziyammm
Bu cızmaqaranı yazan və bunu yayımlayan sayt Türk düşmənidir. Rusun köləsidi. Biz Türkük. Sizlər hansı millətdənsiniz, hansı millətin köləsisiniz özünüz bilərsiniz. Sizin saytı baykot edəcəyik.