Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin küçələrində çıxış edib. O, Rusiyanın sonda Ukraynanı tərk edəcəyinə əminliyini bildirib.
KONKRET.az xəbər verir ki, İkinci Dünya Müharibəsində faşist Almaniyasının məğlubiyyətinin 80-ci ildönümü münasibətilə Ukraynanın paytaxtında gəzintiyə çıxan Zelenski bu anları videoya çəkərək paylaşıb.
Zelenski bu günün nasizm üzərində qələbə günü kimi qeyd olunduğunu xatırladıb və İkinci Dünya Müharibəsində 8 milyondan çox ukraynalının həyatını itirdiyini vurğulayıb.
O, Rusiyanın təxminən üç il əvvəl Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladığını xatırladaraq belə deyib: “Təəssüf ki, üç il əvvəl tarixin özü təkrarlanmağa başladı. O zaman olduğu kimi bu gün də Kiyev səmasında hava hücumu siqnalları eşidilir, torpaqlarımıza yenidən qaranlıq çöküb.”
Aynurə İsmayıl
KONKRET.az