“Ukraynanın təqdim etdiyi müqavilə layihəsi İstanbuldakı görüşdə müəyyən edilmiş müddəalardan kənara çıxır”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazirin sözlərinə görə, Ukrayna əvvəllər təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz versə də, lakin sazişin yeni variantında bu bənd yoxdur.
“Ukrayna yeni layihədə Rusiyanın razılığının alınmasının zəruriliyini bildirmədən hərbi təlimlərin keçirilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış müddəanı da dəyişib”- Lavrov əlavə edib.
İqbal Rzayev,
KONKRET.az
