Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zelenskinin ultimatumuna cavab verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski “Azovstal” zavodunda ukraynalı hərbçilərin məhv ediləcəyi təqdirdə Moskva ilə danışıqları dayandıracağını açıqlayıb.
Lavrov isə buna cavab olaraq bildirib ki, Rusiya rəsmi Kiyevin heç bir ultimatumunu qəbul etmir: “Biz heç bir ultimatuma dözmürük. Prezident Zelenskinin bəyanatlarını heç bir şəkildə əsaslandıra bilmərəm. Mən Zelenskinin nəyin təhlükədə olduğunu başa düşdüyündən əmin deyiləm” – Lavrov vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya Silahlı Qüvvələrinin Mariupoldan çıxmayacağı təqdirdə Moskvanı danışıqları dayandıracağı ilə hədələyib. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin silahı yerə qoyan Ukrayna hərbçilərinin, milli batalyonların silahlılarının və Azovstaldakı əcnəbi muzdluların sağ qalacağına zəmanət vermişdi.
Müşviq Tofiqoğlu,
KONKRET.az
