“Rusiya Ukraynaya kimyəvi silah tətbiq edəcək” – ABŞ Kəşfiyyatından ŞOK AÇIQLAMAbackend

"Rusiya Ukraynaya kimyəvi silah tətbiq edəcək" - ABŞ Kəşfiyyatından ŞOK AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə çox güman son hədəfi yoxdur”.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) baş direktoru Uilyam Börns Senatın kəşfiyyat məsələləri üzrə komitəsinin iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya kimyəvi silah tətbiq edə bilər.

Baş direktor deyib ki, Rusiya Ukraynadakı həqiqətləri qeyri-müəyyən müddətədək gizli qalmayacaq.

U.Börns Rusiyanın “özgəsinin bayrağı altında” qurama əməliyyat keçirərək kimyəvi silahdan potensial istifadəsinə diqqət yetirməyin zəruriliyinə işarə edib:

“Bu, hamınızın çox yaxşı bildiyi Rusiyanın metodlarının bir hissəsidir. Onlar bu silahları öz vətəndaşlarına qarşı istifadə ediblər. Onlar ən azı Suriyada və başqa yerlərdə bu silahdan istifadəyə sövq ediblər. Ona görə də biz bunu çox ciddi qəbul edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*