“Bütün dövlətlərin liderləri mənim yerimdə olmaq istərdilər”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu cür eqolu açılama ilə ABŞ prezidenti Co Bayden çıxış edib:
“İstənilən dövlətin lideri, o cümlədən Rusiya və Çin rəhbərləri ABŞ prezidenti ilə yer dəyişdirməyə hazırdır. Mən ölkəmizə nikbin baxıram. Çin və Rusiya prezidentləri başda olmaqla, mənimlə yer dəyişdirmək istəməyən bir dünya lideri tanımıram” – Bayden özündən razı şəkildə vurğulayıb.
Ağ Ev rəhbəri bu açıqlamasını “Birləşmiş Ştatların dünyanın istənilən ölkəsindən daha çox imkanlara, daha yaxşı inkişaf etmiş elm və texnologiyaya malik olması ilə izah edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
