Rusiya və Ukrayna arasında danışıqlar sabaha planlaşdırılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar bazar ertəsi, martın 14-nə planlaşdırılıb.
“Danışıqlar sabaha planlaşdırılıb”, – deyə Kreml sözçüsü bildirib.
Bu yaxınlarda Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri Rusiya-Ukrayna danışıqlarının “hazırda” getdiyini bildirib.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski qeyd etmişdi ki, Rusiya-Ukrayna danışıqları asan deyil, lakin Rusiya nümayəndə heyəti heç bir danışıqlardan əl çəkməyəcək.
Xuraman Etibarlı,
KONKRET.az
