“Rusiya və Ukrayna müharibəyə başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq” – Ərdoğanın “manevr” taktikasıbackend

“Rusiya və Ukrayna müharibəyə başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq” - Ərdoğanın "manevr" taktikası

“Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar başlasa, Ankara Kiyevin tərəfini tutmayacaq”

KONKRET.az xəbər verir ki, bu narədə məlumatı “Bloomberg” nəşri yayıb.

Agentliyin adı açıqlanmayan mənbəsinin məlumatına görə,  Türkiyənin Rusiya ilə qarşı-qarşıya gəlmək istəməməsi Ərdoğanın xarici siyasətdəki “manevr” taktikasını əks etdirir.

“Bloomberg”in məlumatına görə, hətta Ankaranın NATO-ya üzv olması və Ukrayna tərəfi ilə hərbi əməkdaşlığı gücləndirməsi, eləcə də “Bayraktar TB2” pilotsuz təyyarələrini Kiyevə satması da Türkiyənin Rusiya ilə qarşıdurmaya getməmək qərarına təsir göstərməyəcək.

“Türkiyə Ukraynadakı addımlarını Vaşinqtonla əlaqələndirmir və öz maraqlarını qorumaq üçün müstəqil hərəkət edir” – mənbə bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*