Rusiya Xəzər donanmasının gəmilərini də Krıma GÖNDƏRDİbackend

Rusiya Xəzər donanmasının gəmilərini də Krıma GÖNDƏRDİ

Rusiyanın Xəzər donanması gəmilərinin Qara dənizə keçidi başa çatıb.

KONKRET.az xəbər verir ki, bu məlumatı Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti yayıb.

Qara dənizə keçən gəmilərin 15 olduğu bildirilib. Onların sırasında 3 artilleriya və 8 desant kateri var.

Xəzər donanmasının gəmilərinin Qara dənizdə təlimdə iştirak edəcəyi bildirilib.

Qeyd edək ki, Rusiya son bir həftə ərzində Krıma aktiv şəkildə hərbi texnika yığır. Hərbi gəmilərlə bərabər Qafqazdakı 58-ci ordunun bəzi hərbi birlikləri, eləcə də müxtəlif hərbi təyyarələr təcili şəkildə Krıma yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*