Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi davabackend

Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə şəhərin Frunzen rayonunda, metronun “Prospekt Slavı” stansiyasının yaxınlığında saat 04:30 radələrində olub.

Davada ümumilikdə 20-yə yaxın insan iştirak edib. Hadisə zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarəti alaraq, xəstəxanaya yerləşdirilib.

Dava zamanı bıçaq və travmatik silahdan istifadə edilib.

Hadisənin dəqiq səbəbləri məlum deyil. Saxlanılanlar var. Onlardan biri xəsarət almış 25 yaşlı azərbaycanlıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*