Facebook Rusiyada bloklanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb. Məlumatda bildirilir ki, 2022-ci il martın 4-də Rusiya Federasiyasında Facebook şəbəkəsinə girişin bloklanması barədə qərar qəbul edilib.
Nazirliyin açıqlamasında deyilir: “2020-ci ilin oktyabr ayından bəri Facebook tərəfindən Rusiya mediasına və informasiya resurslarına qarşı 26 ayrı-seçkilik halı qeydə alınıb.
Son günlər sosial şəbəkə bu hesablara girişi məhdudlaşdırıb: “Zvezda” telekanalı, “RİA Novosti”, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resursları”.
Xuraman Etibarlı,
KONKRET.az
