Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldıbackend

Rusiyada nazir müavini korrupsiyaya görə saxlanıldı

Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müavini Vladimir Tokarev korrupsiya işi üzrə saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə günü TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Tokarev Cinayət – Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən şübhəli şəxs qismində saxlanılıb”, – deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, nazir müavininə qarşı qaldırılan cinayət işi onun çalışdığı qurumla bağlı deyil.

Başqa bir mənbə isə Tokarevin yanvarın 31-dək məzuniyyətdə olduğunu və sonradan işdən çıxarılacağını bildirib.

Qeyd edək ki, Vladimir Tokarev Rusiya nəqliyyat nazirinin müavini vəzifəsinə ötən il təyin edilib. O, “Dostluq” ordeni ilə təltif olunub. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*