2020-ci ilin oktyabr ayında Rusiyada əhalinin siyahıya alınması keçiriləcək.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Dövlət Dumasının Millətlərin işləri üzrə Komitə sədrinin birinci müavini İldar Gilmutdinov “Parlament qəzetinə” müshaibəsində siyahıyaalma zamanı veriləcək suallar arasında milliyyət haqqında sualın olacağını deyib.
Parlament üzvü xatırladıb ki, Konstitusiyanın 26-cı maddəsinə görə, heç kim milliyyətini müəyyənləşdirməyə və göstərməyə məcbur edilə bilməz.
“O (siyahıyaalma zamanı Rusiya sakini) özünü necə təqdim edəcəksə, anketlərdə belə yazılacaq”, deyib.
İldar Gilmutdinov əlavə edib ki, milliyyət mövzusu, digərləri ilə yanaşı, bu gün Dövlət Dumasında siyahıyaalma hazırlıqlarına dair dəyirmi masada müzakirə ediləcək. Görüşdə deputatlardan əlavə bölgələrin və Federal Dövlət Statistika Xidmətinin (Rosstat) nümayəndələri də iştirak edəcəklər.
Babək Göyüş
KONKRET.az
