Rusiyada təyyarənin sərnişini Ukrayna dilində kitab oxuduğu üçün saxlanıldıbackend

Rusiyada təyyarənin sərnişini Ukrayna dilində kitab oxuduğu üçün saxlanıldı

Moskva-Vladivostok reysi ilə uçan qadın sərnişin Ukrayna dilində kitab oxuduğu üçün saxlanılıb.

KONKRET.az xəbər verir ki, digər sərnişinlər qadını tez-tez stüardessalardan su istəməsi, davamlı olaraq tualetə getməsi və ukraynaca kitab oxuması səbəbindən hava limanının rəhbərinə şikayət edib.

Polislər onu Vladivostok hava limanının keçidində qarşılayıb və polis bölməsinə aparıblar. 34 yaşlı qadının gödəkçəsi, bel çantası və telefonunda Ukrayna bayrağı olan döş nişanları və stikerlər də tapılıb.

O, Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınmasında ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*