Rusiya yollarında xarici dövlət nömrə nişanlı avtomobillər tez-tez qayda pozuntularına yol verirlər, çünki sürücülər xarici nömrələrin cəriməni qeydə alan kameralara düşmədiyinə əmindirlər.
KONKRET.az Rusiya mətbuatına istinadən bildirir ki, bu cür nömrələr kameralar tərəfindən qeydə alınır, daha sonra qara siyahılara əlavə olunurlar. Qeydə alınan nömrələr bazası reydlərə çıxan polislərə verilir və protokollar şəxsən sürücələrə təqdim olunur. Əgər cəriməni vaxtında ödəməsən, növbəti dəfə polis dəstəsi ilə saxlaya bilərlər, hətta bəbs olunana qədər.
“Bu günə qədər bu problem tam həll edilməyib. Avrasiya İqtisadi Birliyi ölkələrinin ərazisindən gələn nəqliyyat vasitələri var, əslində onlar sərhəddə sənəd doldurmalıdırlar və sənəddə nəqliyyat vasitəsilə bağlı bütün məlumatlar qeyd olunmalıdır. Amma təəssüf ki, belə olmur və biz sistemdə maşın haqqında lazımi məlumatları görmürük”, – deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Təhlükəsizlik İdarəsinin rəisi Dmitri Leybov qeyd edib.
Eyni zamanda, Rusiyada xarici nömrələri olan qayda pozucuları ilə mübarizə üçün bütöv bir mexanizm hazırlanır. Bu mexanizm Belarusiyada artıq mövcuddur: qayda pozan sürücü barədə məlumat ən yaxın yol polisi məntəqəsinin, polis postunun monitorlarında göstərilir, cəriməni ödəməsə ölkəni tərk edə bilməyəcək.
2020-ci ilə qədər Rusiya bu cür pozuntularla mübarizə üçün bir sıra tədbirlər görməlidir. Əgər ödənilməmiş cərimələr varsa, bir çox sürücü piyadaya çevrilə bilər, çünki maşınları xüsusi dayanacağa qoymaq planlaşdırılır. Xarici ölkələrin vətəndaşları üçün borcu ödəməyincə, sərhədi bağlamaq məcburi ola bilər.
Bazarda xarici dövlət nömrə nişanlı avtomobillər daha ucuz satılır, satanlar isə maşının reklamında “cərimələrdən – toxunulmazlıq” şüarını səsləndirirlər.