Bu gün Rusiyanın Krasnodar diyarının Esto-Sadok kəndində Tələbə Spartakiadası çərçivəsində xizək yarışı keçirilib.
KONKRET.az xəbər verir ki, qadınların yarışı böyük bir qəza ilə başa çatıb və bəzi idmançılar ağır yaralanıb. Doqquz xizəkçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb, 15-i yarışdan kənarlaşdırılıb.
Bu barədə Rusiya Xizək Yarışları Federasiyasının (FLGR) rəhbəri Yelena Vyalbe Match TV-yə verdiyi şərhdə danışıb. O bildirib ki, hadisəyə səbəb pis hava şəraiti olub.
Burhan,
KONKRET.az
