Rusiya Ukraynanın Poltava vilayətinin Mirqorod şəhərinə raket atıb.
KONKRET.az xəbər verir ki, gecə baş verən hücumla bağlı Poltava Vilayət Hərbi Administrasiyasının sədri Dmitri Lunin məlumat yayıb.
O bildirib ki, raket hücumu nəticəsində böyük dağıntılar olub və yaralananlar var:
“Bu gecə rus işğalçıları yenidən Mirqorodda infrastruktura raket zərbəsi endiriblər. Əhəmiyyətli dağıntılar olub. Təəssüf ki, iki nəfər yaralanıb. Onlara bütün lazımi yardımlar göstərilir”.
Xatırladaq ki, Rusiya ötən gün Donetskə raketlər atıb. Kramatorsk dəmiryolu vağzalına düşən raketlər təxliyə üçün gözləyən 5-i uşaq olmaqla 52 dinc ukraynalının həyatına son qoyub, yüzlərlə Ukrayna vətəndaşı ağır yaralanıb.
Vəsilə İbrahim,
KONKRET.az
