Tatarıstanda vertolyot qəzasında həyatını itirən Dövlət Dumasının deputatı Ayrat Xayrullin ilə vida mərasimi fevralın 8-də Kazanda keçiriləcək.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı “Rossiyskaya qazeta” yayıb.
Qeyd edildiyi kimi, tədbir Qabdulla Tukay adına Tatar Dövlət Filarmoniyasında baş tutacaq.
Xayrullin Mirnı qəsəbəsinin qəbiristanlığında dəfn ediləcək.
Fevralın 7-də Bell-407 helikopter Tatarıstanın Laişevo şəhəri yaxınlığında qəzaya uğrayıb. Göyərtədə üç nəfər olub. Fəlakət nəticəsində Dövlət Dumasının deputatı Ayrat Xayrullin həlak olub, digəriləri isə yaralanıb.
Babək Göyüş
KONKRET.az
