Rusiyalı jurnalist efirdə Lvov şəhərinin merini təhqir etdibackend

Rusiyalı jurnalist efirdə Lvov şəhərinin merini təhqir etdi

Lvov şəhərinin meri Andrey Sadovoy yaramaz və dinsizdir.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı jurnalist Vladimir Solovyov “Rusiya” telekanalının efirində deyib.

Ramblerin xəbər verdiyi kimi, sovet kəşfiyyatçısı Nikolay Kuznetsovun qardaşı qızı və Sverdlovsk vilayətinin hakimiyyəti Lvov şəhər meriyasına hərbçinin qalıqlarının çıxarılaraq yenidən Rusiyada dəfn edilməsi üçün müraciət ediblər.

Ötən həftə Andrey Sadovoy müraciətə cavab olaraq bildirib ki, Lvov Şəhər Şurası bu məsələyə yalnız Rusiyada saxlanılan ukraynalıların Ukraynaya qaytarılacağından sonra baxa bilər.

Andrey Sadovoy

“Bu yaramaz özünü xristian hesab edirmi?”. Vladimir Solovyov bazar günü “Vladimir Solovyovla axşam” şousunun efirində ona səslənib.

Aparıcı Lvov merinin dediklərini tamamilə iyrənc, Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə təhqiredici və ortaq Rusiya-Ukrayna keçmişinə zidd adlandırıb.

Jurnalist əlavə edib ki, döyüşdə həlak olan insanlarla Andrey Sadovoyun heç bir ortaq keçmişi yoxdur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*