Rusiyalı oliqarx Roman Abramoviç Hollivud və Amerikadakı dostlarından borc istəməyə məcbur olub.
KONKRET.az bu barədə “Page Six” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, sanksiyalar səbəbindən işçilərinə maaş verə bilməyən Abramoviç artıq çarəni dostlarından borc istəməkdə görür.
Belə ki, Abramoviçin işçilərinin əməkhaqlarını ödəmək üçün həftədə 750 min dollara ehtiyacı var.
Nəşr yazır ki, onun Hollivudda, Uoll-Stritdə və texnologiya dünyasında çoxlu zəngin dostları olsa da, onlar Abramoviçə borc pul verməkdən çəkinirlər. Hətta rusiyalı oliqarxın Rusiya-Ukrayna danışıqlarına vasitəçilik etməsi belə bu işdə ona kömək etməyib:
“Dostları ona pul verməyə razı olmayıblar. Onların ya nəğd pulları yoxdur, ya da beynəlxalq hüquqa əsasən bunun nəticələrindən qorxurlar”.
Qeyd edək ki, oliqarx Rusiyanın Ukraynada başlatdığı müharibəyə görə, ABŞ tərəfindən sanksiyaya məruz qalıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Co Baydendən danışıqlar prosesinə töhfə verə biləcəyi səbəbi ilə Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib.
Vəsilə İbrahim,
KONKRET.az
