Rusiyanın 11 regionunda maskaların məcburi taxılması yenidən tətbiq edildibackend

Rusiyanın 11 regionunda maskaların məcburi taxılması yenidən tətbiq edildi

Rusiyanın 11 regionunda yenidən ictimai yerlərdə maskaların məcburi taxılması tətbiq edilib.

KONKRET.az xəbər verir ki, bu barədə TASS yerli administrasiyaların məlumatlarına istinadən xəbər verir.

Qeyd olunub ki, ölkənin digər 85 regionunda isə yalnız tibb müəssisələrinə baş çəkərkən belə qoruyucu vasitələrdən istifadə etmək məcburidir.

Bildirilib ki, tibbi maska ​​rejiminə riayət olunması ilə bağlı tələblər koronavirus pandemiyasının başlanğıcı ilə müqayisədə daha az sərtdir.

Qeyd edək ki, bu günədək Rusiyada koronavirusa yoluxanların sayı 20,01 milyon nəfəri keçib, müalicə alan 385 262 nəfər vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*