Bu il Nijni Novqorod şəhərində Ermənistanın fəxri konsulluğunun açılması planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin şəhərdəki nümayəndəsi Sergey Malov fevralın 10-da keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Rusiya tərəfi bu vəzifəyə Nijni Novqorod erməni diasporunun rəhbəri Aqassi Alekyanın gətirilməsi haqda razılığa gəlib.
İndi namizədin Ermənistan səfirliyi tərəfindən təsdiqlənməsi gözlənilir.
Babək Göyüş
KONKRET.az
