“Rusiyanın əsas hədəfi Ukraynanın bu əraziləridir” – Britaniya kəşfiyyatı AÇIQLADIbackend

"Rusiyanın əsas hədəfi Ukraynanın bu əraziləridir" - Britaniya kəşfiyyatı AÇIQLADI

“Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın cənubunda və şərqində fəallığını artıracaq”.

KONKRET.az xəbər verir ki, bu barədə kəşfiyyat materiallarına istinadən Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Rusiyanın əsas hədəfi hələ də Donbas, Mariupol və Nikolayevdir. Rusiya donanması Ukraynaya qanadlı raketlər atmağa davam edir. Kramatorsk vağzalına atılmış raketlər təsadüfi deyil, Rusiya məqsədli şəkildə Ukraynanın dinc sakinlərini hədəf alır.Ukrayna Rusiyanın Krımla Donbas arasında quru dəhlizi yaratmaq ambisiyalarına qarşı müqaviməti var gücü ilə davam etdirir.

Xatırladaq ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 45-ci günüdür. Ukrayna ordusu müqaviməti davam etdirir. Ötən gün Rusiya qoşunları Donetsk vilayətinə iki raket atıb. Raketlər Kramatorsk dəmiryolu vağzalına düşüb. Həmin vaxt vağzalda minlərlə Ukrayna vətəndaşı olub. Onlar təxliyə üçün vağzala toplaşıblar. Raket hücumu nəticəsində 5-i uşaq olmaqla 52 dinc sakin həlak olub, 100-lərlə vətəndaş ağır yaralanıb. Zelenski hücumun “Toçka-U” raketi ilə həyata keçirildiyini açıqlayıb.

 

Vəsilə İbrahim,

KONKRET.az

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*