Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİRbackend

Rusiyanın “İsgəndər” raketləri TÜKƏNİR

Rusiya ordusunun arsenalında 200-dən az “İsgəndər” raket sistemi qalıb. 

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski bildirib. 

O qeyd edib ki, “İsgəndər” indi çox az istifadə olunur: “Bu raket sonuncu dəfə avqust ayında Belarus ərazisindən Kiyevə atılıb”.

Skibitskinin sözlərinə görə, Rusiyanın 7 minə yaxın S-300 raketləri var. 

“Utilizasiyaya vəsait xərcləmək əvəzinə, onları bizim ərazimizə buraxırlar. Bizim hesablamalarımıza görə, bu raketlər onlara daha üç il kifayət edəcək”, – Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*