52 nəfərin öldüyü hücuma görə əmri verən rus generalın kimliyi açıqlanıb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qərb mənbələri məlumat yayıb.
Məlumatda hücum əmrinin rus generalı Aleksandr Dvornikov tərəfindən verildiyi bildirilib. Dvornikov Rusiyanın 2015-ci ildə Suriyaya göndərdiyi ilk yüksək rütbəli zabit kimi tanınır. Suriyadakı uğurundan sonra Aleksandr Dvornikov 2016-cı ildə “Qəhrəmanlıq” mükafatını alıb və daha sonra Cənub Regional Komandiri təyin edilib.
General Dvornikovun Donetsk və Luqansk ətrafında şiddətlənəcək müharibədə yaxın günlərdə komandir olacağı təxmin edilir. Artıq NATO əsgərləri Aleksandr Dvornikovun keçmiş əmrlərini və taktiki qərarlarını araşdıran fayl yaratmağa başlayıb. Generalın döyüş təcrübələri təhlil edilərək, Rusiyanın yaxın günlərdə atacağı addımlar proqnozlaşdırılır.
Çox sayda yaralının olduğu hücum bütün dünyanı şoka salıb. Ukrayna bu hücumun çox ciddi müharibə cinayəti olduğunu qeyd edib. Digər tərəfdən Rusiya Kramatorsk şəhərindəki raket hücumu ilə heç bir əlaqəsinin olmadığını bildirib: “Rusiyanın qatar stansiyasına hücum etməsi ilə bağlı iddialar təxribatdır və tamamilə yalandır”.
İqbal Rzayev,
KONKRET.az

