Rusiyanın Ukraynada verdiyi itkilər AÇIQLANDI – RƏSMİbackend

Rusiyanın Ukraynada verdiyi itkilər AÇIQLANDI - RƏSMİ

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 49 təyyarə, 81 helikopter, 335 tank, 1 105 zirehli döyüş maşını, 123 artilleriya qurğusu, 29 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 526 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*