Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ermənilərin münasibəti necədir? – Davtyandan AÇIQLAMAbackend

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ermənilərin münasibəti necədir? – Davtyandan AÇIQLAMA

Siyasi elmlər doktoru Vahe Davtyan Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını ermənilərin necə qəbul etdiyi haqqında fikir səsləndirib

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Davtyan Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı ilə bağlı Ermənistan ictimai, siyasi və ekspert dairələrində birmənalı fikirin olmadığını bəyan edib. O hesab edir ki, birmənalı fikirin formalaşmamasına səbəb rəsmi Kiyevin Azərbaycana ənənəvi dəstəyi ilə bağlıdır: “Bu dəstək 44 günlük Qarabağ müharibəsi zamanı Ukraynanın xarici işlər naziri səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatların səsləndirililməsində daha çox özünü göstərdi. Eləcə də düşmən ordusuna (Azərbaycan – red) dəstək verən reklam bannerlərinin Ukrayna küçələrində yerləşdirilməsi erməni cəmiyyətində birmənalı qarşılanmadı” – Davtyan vurğulayıb.

“Bu münasibət həm də Zelenskinin Əliyevin tərəfini tutan çıxışlarından qaynaqlanır. Bir sözlə, məsələyə ictimai əhval-ruhiyyə səviyyəsində yanaşsaq, bütün bunların milli motivlər üzərində qurulduğunu deyə bilərik” – Davtyan bildirib.

Ekspert əlavə edib ki, Ermənistanda əks mövqedən çıxış edən qüvvələr və qruplar da var: “Onların arasında parlament seçkilərində uğursuzluğa düçar olan Ermənistanın Rusofob Avropa Partiyası, Respublika Partiyası, Xristian Demokrat Partiyası, Vahid Ana Vətən Partiyası və digərlərini misal göstərmək olar. Onların hamısı Paşinyanın məşvərət şurasının üzvləridir. Rusiyanın Ermənistandakı səfirliyi qarşısında Ukrayna bayrağının dalğalanması ilə keçirilən aksiyalar anti-Rusiya isteriyasının yalnız bir hissəsidir” – Vahe Davtyan əlavə edib.

“Parlamentə gəlincə isə, Ukraynada gedən proseslərlə bağlı hər hansı fikir bildirməyin qadağan olunduğu göz qabağındadır. Bunu adi gözlə görmək olar” – ekspert fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*