Rusiyanın vəziyyəti ÇƏTİNLƏŞDİ – Çindən CANLI QÜVVƏ və HƏRBİ TEXNİKA İSTƏDİbackend

Rusiyanın vəziyyəti ÇƏTİNLƏŞDİ - Çindən CANLI QÜVVƏHƏRBİ TEXNİKA İSTƏDİ

Rusiya Çindən hərbi və iqtisadi yardım istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.  ABŞ rəsmilərinin sözlərinə görə, Rusiya Çindən Ukrayna ilə müharibədə ona hərbi texnika və dəstək verməsini istəyib.

Rəsmi bildirib ki, Rusiya Çindən sanksiyalara qarşı çıxmaq üçün daha çox iqtisadi yardım istəyib.

Amerika rəsmiləri Moskvanın axtardığı hərbi texnikanın növünü açıqlamaqdan imtina ediblər.

Onlar həmçinin Rusiyanın sorğularına Çinin hər hansı cavabını müzakirə etməkdən imtina ediblər.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin rolunu müzakirə etmək üçün bazar ertəsi Romada yüksək çinli rəsmi ilə görüşməyi planlaşdırır.

Aldığımız son məlumatlara görə, Rusiya Çindən hərbi texnika ilə yanaşı canlı qüvvə (əsgər) də istəyib.

Görünür, ruslar Ukraynada ya döyüşmək istəmirlər, ya da əsgər qalmayıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*