Rusiyaya pomidor ixrac edə biləcək müəssisələrin sayı ARTDIbackend

Rusiyaya pomidor ixrac edə biləcək müəssisələrin sayı ARTDI

Rusiyanın Baytar və Fitosanitar Nəzarət üzrə Federal Agentliyi (Rosselxoznadzor) 25 may 2021-ci tarixindən etibarən Azərbaycanın daha beş müəssisəsinin ölkəyə pomidor ixrac etməsinə icazə verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” tərəfindən rəsmi açıqlama verilib.

Bildirilib ki, bu qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti, həmçinin birgə videogörüşlər zamanı müzakirə edilən nümunələrin fitosanitar ekspertizasının nəticələrindən sonra verilib.

Beləliklə, hazırda Azərbaycandan Rusiyaya 131 müəssisəsi pomidor ixrac edə bilər.

Xatırladaq ki, “Rosselxoznadzor” məhsulların tərkibində zərərvericilərin aşkarlanması səbəbilə dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalını qadağan edib. Daha sonra müvafiq qurumların ikitərəfli danışıqlarının nəticəsi olaraq mərhələli şəkildə sahibkarlıq subyektlərinin Rusiyaya pomidor ixracına icazə verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*