Rusiyaya qarşı beşinci sanksiya paketi qüvvəyə mindibackend

Rusiyaya qarşı beşinci sanksiya paketi qüvvəyə mindi

Avropa İttifaqının Rusiyaya qarşı beşinci sanksiya paketi qüvvəyə minib.

KONKRET.az xəbər verir ki, yeni məhdudiyyətlər siyahısına Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova, “Kalaşnikov” konserni, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov, “Sberbank”ın rəhbəri German Qref, həmçinin “Rusal” konserninin şəriki Oleq Deripaska daxildir.

Aİ həmçinin “VTB”, “Sovcombank”, “Novikombank” və “Otkritie Bank”a qarşı sanksiyaları genişləndirib. Belə ki, bankların aktivləri dondurulub.

Eyni zamanda “qara siyahı”ya 14 hərbi-sənaye, mühəndislik, gəmiqayırma və nəqliyyat şirkəti də düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*