“Ruslar Mariupoldakı qətliamı ukraynalılar etmiş kimi göstərəcəklər” – Zelenskibackend

"Ruslar Mariupoldakı qətliamı ukraynalılar etmiş kimi göstərəcəklər" - Zelenski

“Əgər dünyadakı insanlarda ukraynalıların malik olduğu cəsarətin 10 faizi olsaydı, o zaman beynəlxalq hüquqa, xalqların azadlığına heç bir təhlükə qalmazdı”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında bildirib.

Rusiyaya qarşı sanksiyaların müharibəni dayandırmaq üçün yetərli olmadığını qeyd edən Zelenski, “Daha çox və daha cəsarətli sanksiyalara ehtiyac var”- deyib.

Ukrayna prezidenti bildirib ki, Rusların Mariupolda hərtərəfli təxribat törədəcəyi ilə bağlı məlumat alıb:

“Ruslar Mariupol qurbanlarını özlərinin deyil, ukraynalıların öldürdüyünü deyəcəklər. Onlar küçələrdən cəsədləri toplayırlar və başqa yerlərdə öz təbliğat senarilərinə uyğun istifadə edəcəklər. Biz insanlıqdan kənar işğalçılarla qarşı-qarşıyayıq. Onlar meyitlərdən təbliğat materialı kimi istifadə edirlər”.

Həmçinin Zelenski xarici diplomatları Kiyevə qayıtmağa çağırıb. O, vurğulayıb ki, Kiyevdə xarici diplomatik missiyaların davam etdirilməsi Kiyevin Rusiya vilayəti deyil, Ukraynanın paytaxtı olduğunu göstərmək üçün açıq bir mesaj olacaq.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*