Sabahdan etibarən Türkiyəyə daxil olan əcnəbilər xüsusi “Türkiyəyə Giriş Anketi” dolduracaqlar.
KONKRET.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Türk Hava Yolları turistlərə xəbərdarlıq edib. Bildirilir ki, tələb edilən anketin doldurulması üçün sərnişinlərin 72 saat vaxtı olacaq: “Sərnişinlərin diqqətinə: Rəsmi qurumların verdiyi qərara uyğun olaraq, 15 Mart 2021-ci ildən etibarən Türkiyəyə səyahət edən şəxslər uçuşdan öncəki 72 saat müddətində http: //register.health.gov.tr adresində yerləşdirilən Türkiyəyə Giriş anketini doldurmalıdırlar”.
