Sabiq hakimin oğlu SAXLANILDIbackend

Sabiq hakimin oğlu SAXLANILDI

Səbail rayon Məhkəməsinin sabiq hakimi Alim Namazovun oğlu Anar Namazov həbs edilib.

KONKRET.az Bakupost-a istinadən xəbər verir ki, Anar Namazov bir neçə fiziki məhdudiyyətli şəxslərin adına şirkət açaraq portala daxil edib və dövlətdən yardımlar alıb. Daha sonra vergidən yayınmaq üçün MMC-ləri qısa müddət ərzində ləğv edib. Beləliklə, bir-birinin ardınca yaranıb-bağlanan bu qurumlar vasitəsilə külli miqdarda gəlir əldə edib.

Növbəti dəfə isə fiziki qüsurlu olmayan şəxslərin adından əlil kimi istifadə etməyə çalışıb. Bir neçə əməliyyatdan sonra isə saxta qurumlar ləğv edilib, ancaq onların vergi borcu qalıb. Onlarla şəxsə külli miqdarda vergi borcu haqda bildiriş gələndə isə şikayətlər başlayıb. Zərərçəkmişlər heç bir qurum yaratmadıqları, hər hansı əməliyyat aparmadıqları halda vergi borcunun necə yaranmasına aydınlıq gətirilməsini istəyiblər.

Hüquq-mühafizə orqanları zərərçəkənlərin şikayəti əsasında araşdırmaya başlayıb və Anar Namazov saxlanılıb.

İlkin məlumata görə, zərərçəkmişlərdən Quliyev Vəli İlqar oğlunun 5092 manat, Ağayev Ayxan Kənan oğlunun 14700 manat vergi borcu var.

Hakim Alim Namazovun işi Məhkəmə-Hüquq Şurası tərəfindən qeyri-məqbul qiymətləndirildiyi üçün 2007-ci ildə hakimlik fəaliyyətinə xitam verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*