Şabranda avtomobillər toqquşdu – Yaralılar varbackend

Şabranda avtomobillər toqquşdu - Yaralılar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib

KONKRET.az-ın məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Daevoo” markalı minik avtomobili “VAZ-2107” markalı nəqliyyat vasitəsi ilə toqquşub.

Hadisə nəticəsində avtomobildə olan rayonun sakinləri 1969-cu il təvəllüdlü Allahverdiyev Əfqan Mütəllim oğlu və 1979-cu il təvəllüdlü Allahverdiyeva İ.Baləhməd qızı müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar Şabran rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*