“Sağalmaq üzrəyəm” – COVID-19-a yoluxan millət vəkilibackend

"Sağalmaq üzrəyəm" - COVID-19-a yoluxan millət vəkili

“Mən artıq sağalmaq üzrəyəm”,- deyə bilərəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir”.

KONKRET.az-ın məlumatına görə, bunu koronavirusa yoluxan deputat Sahib Alıyev özünün “Facebook” hesabında yazıb.

“Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışları ilə doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstə ilə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!”, – deputat bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*