Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”backend

Şahin Mustafayev: “Naxçıvana yolumuz qısalacaq”

“Şərqi Zəngəzurdan İran ərazisindən keçməklə Naxçıvana 2 avtomobil yolu tikiləcək və bununla da, muxtar respublikaya yolumuz qısalacaq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanla İran arasında İqtisadi, Ticarət və Humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 15-ci iclasında Komissiyanın həmsədri, Baş nazirin müavini Şahin Mustafayev bildirib.

“Bu gün nəqliyyat sektorunda çox vacib Anlaşma Memorandumu imzaladıq. Söhbət yeni kommunikasiyaların yaradılmasından gedir”, – deyə o, qeyd edib.

Ş Mustafayev əlavə edib ki, iki ölkə arasında yeni dəmir yolu xəttinin tikintisi ilə bağlı 3 ay ərzində İşçi Qrup yaradılacaq. Bu İşçi Qrup dəmir yolu xətti ilə bağlı təkliflərini təqdim edəcək”

  • Namiq
    Mart 12, 2022 - 02:37

    Elə isə Laçın dəhlizini bağlamağın vaxtı çatmadımı hörmətli Baş Nazir ???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*