Salyanda güclü külək elektrik dirəyini aşırdı, küçələr işıqsız qaldıbackend

Salyanda güclü külək elektrik dirəyini aşırdı, küçələr işıqsız qaldı

Güclü külək Salyanda fəsadlar törədib, şəhərin bir sıra küçələri işıqsız qalıb.

KONKRET.az xəbər verir ki, günorta saatlarında başlanan külək daha da güclənib.

Sakinlərin sözlərinə görə, güclü külək şəhərdə elektrik dirəklərindən birini aşırıb, naqillər qırılıb. Nəticədə iki saatdan çoxdur ki, şəhərin Heydər Əliyev prospektinin bir hissəsi, Əliağa Kürçaylı, Təbriz Xəlilbəyli, Yunis Zərgərli, Ənvər Qasımzadə, Əli Zeynalov, Axund Mirbağırağa küçələri işıqsız qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən lazımı tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*