Salyanda qəzada 12 nəfər yaralanıb – YENİLƏNİBbackend

Salyanda qəzada 12 nəfər yaralanıb - YENİLƏNİB

Salyan rayonunda mikroavtobus və minivanın toqquşması zamanı xəsarət alan digər yaralıların da adları məlum olub.

KONKRET.az xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınan qəza zamanı xəsarət alan səkkiz nəfər – Cəbiyev İntiqam, Gözəlov Adıgözəl, Əliyev Zamiq, Əliyev Cənnətalı, İbrahimov Cavad, Həsənov Şəfayət, Rəhmanov İbrahim, İsmayılov İsmayıl adlı şəxslərdir.

20:46

Salyan rayonunda yol nəqliyyat hadisəsi baş verib, mikroavtobus və minivan tipli nəqliyyat vasitələrinin toqquşması nəticəsində xəsarət alanlar olub.

KONKRET.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Babazanlı qəsəbəsi ərazisində qeydə alınıb.

“Ford” markalı mikroavtobus və “Mercedes Vito” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alanlar – Qafarov Elnur, Səmədov Samid, Eldarov Davud və Həsənov Cəmil Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*