Şamaxıda yük maşını dərəyə aşdı – Xəsarət alanlar varbackend

Şamaxıda yük maşını dərəyə aşdı - Xəsarət alanlar var

Şamaxı rayonunda yük maşını dərəyə aşıb, xəsarət alanlar var.

KONKRET.az xəbər verir ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Belə ki, Kürdəmirdən Şamaxı istiqamətində hərəkətdə olan yük avtomobili yoldan çıxaraq aşıb, daha sonra dərəyə yuvarlanıb. Qəza nəticəsində yük avtomobili yararsız vəziyyətə düşüb və içərisində olan qarpız yola dağılıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü, 2002-ci il təvəllüdlü İdris Elçin oğlu Həsənov və sərnişini, 1969-cu il təvəllüdlü Elman Ağaqulu oğlu Yusifov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*