Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı öldübackend

Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı öldü

Samuxda bir neçə gün əvvəl baş vermiş bədbəxt hadisə nəticəsində ağır xəsarət alan FHN əməkdaşı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

KONKRET.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Samux rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1991-ci il təvəllüdlü T.Məmmədov iş zamanı bədbəxt hadisə nəticəsində ağır kəllə-beyin travması alıb.

Fevralın 25-dən Gəncə şəhərində yerləşən xəstəxanaların birində müalicə alan T.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə rayon ərazisində baş vermiş yanğının söndürülməsi üçün əraziyə gedən zaman baş verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*