“Operativ Qərargah sanki məxfi təşkilata çevrilib. Kimləsə əlaqə saxlamaq belə mümkün deyil, telefon zənglərinə cavab vermirlər. Bu azmış kimi, sorğuları da cavabsız qoyurlar. İstənilən vaxt istənilən qərarı qəbul edirlər. Belə vəziyyət isə çoxsaylı şayiələrin yayılmasına gətirib çıxarır”.
KONKRET.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın bazası əsasında yeni strukturun yaradılması təklifini dəyərləndirərkən tibb elmləri doktoru Adil Qeybulladeyib:
“Bu barədə dəfələrlə fikir bildirmişik. Həmsöhbətimiz qeyd edib ki, Operativ Qərargah şəffaflıq naminə ictimaiyyətə tam açıq olmalıdır: “Bütün dünya pandemiya ilə bağlı hər bir məsələni şəffaf şəkildə həyata keçirir. Azərbaycanda isə bunun əksini müşahidə edirik. Qapalı fəaliyyət isə xeyli sual və müəmma doğurur”.
“Operativ Qərargah nəzdində elmi heyət yaradılmalı, TƏBİB-ə insanların əlçatanlığı daha yaxşı qurulmalıdır”.
Bu fikirləri isə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı söyləyib:
“Operativ Qərargahın fəaliyyətə başlamasından bir ilə yaxın vaxt keçib. Bu dövr ərzində qurum COVİD-19-a qarşı mübarizədə ciddi işlər görüb, gözəl nəticələr əldə edilib. Üstündən bir il keçəndən sonra kiminsə deməsi ki, qurumun fəaliyyəti belə olmalı idi, bu düzgün yanaşma deyil. Epidemoloji vəziyyəti müqayisə edəndə görürük ki, Azərbaycanda Operativ Qərargahın da fəaliyyəti nəticəsində pandemiyaya qarşı mübarizədə mühüm nəticələr əldə olunub. Bu nəticələrə əsasən qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar. Bununla belə təklif etmişik ki, Operativ Qərargahın nəzdində elmi heyət də yaradılsın. Habelə, TƏBİB-ə insanların əlçatanlığı təmin edilməlidir”.
