“Stalinə qarşı sanksiyalar tələb edirik”.
KONKRET.az xəbər verir ki, bunu Polşanın Gürcüstandakı səfiri Mariuş Maşkeviç deyib. O, Gürcüstan hökumətinə müraciət edərək Qoridəki Stalin muzeyini bağlamağa çağırıb. Martın 4-də Maşkeviç Tbilisidə Rondeli Fondu (GFSIS) kimi tanınan Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunda çıxış edib.
“Rusiyanın Ukraynaya təcavüzü” mövzusunda çıxışının sonunda səfir deyib: “Sonda mən gürcü dostlarıma müraciət etmək istərdim. Mənim bir təklifim var. Mən başa düşürəm ki, siz çox çətin vəziyyətdəsiniz – siz nəhəng qonşusu olan kiçik ölkəsiniz, çətin iqtisadi vəziyyətdəsiniz və Rusiyaya qarşı çıxa, sanksiyaları dəstəkləyə bilməzsiniz. Yaxşı, amma lütfən, heç olmasa bir simvolik jest edin: Qoridəki Stalin Muzeyini bağlayın. təşəkkürlər”, – deyə səfir vurğulayıb.
Qeyd edək ki, Gürcüstan hələ anti-Rusiya sanksiyalarına qoşulmaq istəmir.
Qoridə Stalinə abidə 2022-ci ilin fevralında yerli sakinlər tərəfindən qoyulub.

Xuraman Etibarlı,
KONKRET.az
