Sarkisyan: “Siyasi mübarizə qanunun hüdudlarından kənara çıxmamalıdır”backend

Sarkisyan: "Siyasi mübarizə qanunun hüdudlarından kənara çıxmamalıdır"

“Siyasi mübarizə qanunun hüdudlarından kənara çıxmamalı, sarsıntılara və qeyri-sabitliyə səbəb olmamalı, ziddiyyətlər dözümsüzlüyə, qarşılıqlı nifrət mühitinə, daha çox qarşıdurma və bölünməyə çevrilməməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan prezidenti Armen Sarkisyan 2008-ci ildə o dövrkü hakimiyyət tərəfindən qətlə yetirilmiş ölkə vətəndaşlarının xatirəsinə həsr edilmiş mərasimdə deyib.

A.Sarkisyan siyasi qüvvələri tolerantlıq, həmrəylik və birliyə çağırıb:

“Xüsusilə bu gün konsolidasiya və tolerantlıq dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edir”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*