Şəbnəmdən QALMAQALLI SÖZLƏR: “Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməzlər” – VİDEObackend

Şəbnəmdən QALMAQALLI SÖZLƏR: “Buradakı azərbaycanlılar Rusiyadakıların dırnağı ola bilməzlər” - VİDEO

Müğənni Şəbnəm Tovuzlu onun ifa etdiyi janrı tənqid edən həmkarlarına cavab verib.

KONKRET.az xəbər verir ki, Lent.az-ın canlı yayımında qonaq olan ifaçı bu sözləri vurğulayıb:

“Mənim adım gələndə ağızlarını büzənlər, məndən artıq nə ifa edirlər ki? Mən olan toylarda siz ola bilmərsiniz. Çünki siz toy idarə edə bilmirsiniz. Sizi sadəcə toya çağırırlar, gəlib 3-5 fonoqram oxuyub gedirsiniz. İnsanlara düzgün musiqini təqdim edə bilmirlər. Onların heç biri Nadir Qafarzadə kimi toy apara bilməz. Barəmdə nəsə deyən müğənnilər Nadir Qafarzadədən artıqdır? Bunlar elə bilirlər ki, onlar getdiyi restoranlara bizi dəvət etmirlər. Yalandır, hamısında da olmuşam”.

Son zamanlarda Rusiyada toylara getməsi ilə gündəm olan Ş.Tovuzlu orada yaşayan azərbaycanlılardan danışıb:

“Orada elə azərbaycanlılar var ki, burdakılar onların dırnağı ola bilməzlər”.

Daha ətraflı süjetdə:

  • Valeh
    Mart 13, 2022 - 17:36

    Gör nə günə qalmışıq ki, çarpayı bürcündən olan “xanım”lar burdakıları, yəni Azərbaycandakı kişiləri əsasən 1-ci Qarabağ müharibəsi zamanı başını götürüb Moskvaya gedən və orada yaşayan pullu insanların dırnağının tayı da etməyi özlərinə rəva bilmirlər. Təqsir KİV-lərdədir ki, belələrindən söz soruşurlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*