Seda Sayandan Azərbaycana dəstək – FOTObackend

Seda Sayandan Azərbaycana dəstək - FOTO

Türkiyəli müğənni Seda Sayan Dövlət Sərhəd Xidmətinin “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı ötən gün həlak olan şəhidlərimizlə bağlı ölkəmizə dəstəyini nümayiş etdirib.

KONKRET.az xəbər verir ki, sənətçi İnstaqram səhifəsində foto paylaşaraq “Dərdiniz dərdimizdir! Qardaş ölkə Azərbaycanda helikopter qəzasında şəhid olan 14 hərbçiyə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm” sözlərini yazıb.

Qeyd edək ki, ötən gün DSX-nin Mi-17 tipli hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Seda Sayandan Azərbaycana dəstək -FOTO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*