“Sədərək”dəki yanğında onlarla sahibkara ziyan dəyib – VİDEObackend

"Sədərək"dəki yanğında onlarla sahibkara ziyan dəyib - VİDEO

Bu gün Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında onlarla sahibkara ziyan dəyib.

KONKRET.az “Report”-a istinadən yanğın ərazisindən videomtaerialı təqdim edir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Rəsmi məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş verib. Yanğın 600-700 kvadratmetr sahəni əhatə edib.

Yanğın saat 08:57-də məhdudlaşdırılıb, saat 09:05-də söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*