Səfirlik və konsulluqdan Ukraynadakı azərbaycanlılara – Çağırışbackend

Səfirlik və konsulluqdan Ukraynadakı azərbaycanlılara - Çağırış

Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan soydaşlarımızın problemlərinin həlli üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

KONKRET.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Səfirlik soydaşlarımızı təhlükəsizlik baxımdan evdən çıxmamağa çağırıb və bildirib ki, ehtiyac yarandığı halda səfirliyin 00380735050000 nömrəli qaynar xəttinə zəng edə bilərlər. Ukrayna hava yollarını bağladığı üçün hələlik ölkədən çıxış mümkünsüzdür.

Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan isə bildiriblər ki, Xarkov şəhəri ətrafında vəziyyət gərgin olaraq qalır.

“Soydaşlarımız və vətəndaşlarımız üçün ən təhlükəsiz yer evləridir. Problemlərin həllinə yardım göstərmək üçün konsulluğun qaynar xətti fəaliyyət göstərir və soydaşlarımız istənilən an müraciət edə bilərlər”, – deyə məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*