Şəhid Masim Qurbanov dəfn edildi – FOTOLARbackend

Şəhid Masim Qurbanov dəfn edildi - FOTOLAR

Masallıda Azərbaycan Ordusunun şəhid olmuş əsgəri Masim Qurbanov dəfn edilib.

KONKRET.az xəbər verir ki, Vətən müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgəri, 2001-ci il təvəllüdlü Qurbanov Masim Hafiz oğlunun nəşi doğulduğu Masallı rayonunun Ərəb kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidlə vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tabuta bükülmüş Azərbaycan Bayrağını şəhidin atası, Birinci Qarabağ savaşının iştirakçısı olmuş II qrup Qarabağ müharibəsi əlili Hafiz Qurbanova təhvil verib. /APA

Şəhid Masim Qurbanov dəfn edildi - Fotolar

Şəhid Masim Qurbanov dəfn edildi - Fotolar

Şəhid Masim Qurbanov dəfn edildi - Fotolar

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*